Qəbələ-də yeni transfer

Qəbələ-də yeni transfer

Qəbələ heyətinə yeni futbolçu qatıb.

Assist.az Goal.az-a istinadən  xəbər verir ki, "qırmızı-qaralar” xorvat müdafiəçi Vinko Medimoreçin keçidini gerçəkləşdirib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına Koprivinitsa-da başlayan müdafiəçi 2014-2015-ci illər mövsümündə bu komandada çıxış edib. 2015-ci ildə Slaven-ə keçən Vinko son 5 mövsümdə yüksək dəstə təmsilçisinin formasını geyinib. O, bu komandada 98 oyunda 4 qol vurub. Arxa xətt oyunçusu 2015/16 mövsümündə Xorvatiya kubokunun finalçısı olub.