Pyaniç nömrə seçimini etdi

Pyaniç nömrə seçimini etdi

Barcelona-nın yeni transferi Miralem Pyaniç Kataloniya təmsilçisindəki forma nömrəsini seçib.

Assist.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi 8 nömrəli forma ilə çıxış edəcək. Ötən mövsüm bu nömrəli formanı Juventus-a keçən Artur Melo geyinirdi.

Qeyd edək ki, Pyaniç Barcelona-yla 4 illik müqavilə imzalayıb.