PSJ-nin müdafiəçisi "Arsenal"la razılığa gəldi

PSJ-nin müdafiəçisi "Arsenal"la razılığa gəldi

Mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatacaq Leven Kurzavanın yeni klubunun adına aydınlıq gəlib.

Assist.az "France Football"a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi "Arsenal"la razılığa gəlib. Fransalı futbolçu "topçular"la 4 illik müqavilə imzalayıb. Kurzava azad agent statusu ilə London klubuna keçib. O, iyulda yeni komandasına qoşulacaq.

PSJ Kurzavanı 2015-ci ildə "Monako"dan almışdı.