Premyer Liqada XI tura start verilir

Premyer Liqada XI tura start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.

Assist.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutacaq.

Günün yeganə matçı "Bakcell Arena"da "Neftçi" və "Zirə" komandaları arasında olacaq. Samir Abasovun baş məşqçi postuna gəlişindən sonra səfərdə "Qəbələ"ni 4:1 hesabı ilə məğlub edən "ağ-qaralar" 17 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Rəqibindən 1 xal çox toplayan "qartallar" isə 2-ci sırada yer alıblar.

Bu günə nəzərdə tutulan "Sumqayıt" - "Qəbələ" matçı isə qonaq komandanın heyətində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınıb.

 

Azərbaycan Premyer Liqası

 

XI tur

 

16:00. "Neftçi" – "Zirə"

 

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Rəvan Həmzəzadə

 

Hakim-inspektor: Babək Quliyev

 

AFFA nümayəndəsi: İlham Əliyev

 

"Bakcell Arena”.

Qeyd edək ki, turun "Keşlə" - "Sabah" və "Səbail" - "Qarabağ" oyunları noyabrın 29-da keçiriləcək.