Premyer Liqada II tura yekun vurulur

Premyer Liqada II tura yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulacaq.

Assist.az xəbər verir ki, turun qapanış matçında Sabah Masazırda Qəbələ ilə münasibətlərinə aydınlıq gətirəcək.

İlk turda Qarabağ-a məğlub olan paytaxt təmsilçisi xal hesabını açmağa çalışacaq. Əyalət təmsilçisi isə mövsümün açılış turunda Zirə ilə bərabərə qalıb.

2-ci turun əvvəlki günlərdə baş tutan oyunlarında Zirə səfərdə Səbail-ə (2:1), Sumqayıt isə Neftçi-yə (2:0) qalib gəlib. Keşlə – Qarabağ matçında qapılara qol vurulmayıb.

Azərbaycan Premyer Liqası

2-ci tur

13 sentyabr

Sabah – Qəbələ

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.

Hakim-inspektor: Fariz Yusifov.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

Masazır. “Bank Respublika Arena”, 19:00.