Premyer Liqada ayın futbolçusu seçildi

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı oyunçusunun adı açıqlanıb.
Assist.az xəbər verir ki, Manchester City-nin yarımmüdafiəçisi İlkay Gündoğan ötən ayın ən yaxşı futbolçusu elan olunub.
Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. O, ötən ay keçirdiyi 6 oyunda 5 qolla yadda qalıb.
30 yaşlı türk əsilli almaniyalı futbolçu bu mükafatı ilk dəfə qazanıb.