Premyer Liqada 20-ci tura start verilir

Premyer Liqada 20-ci tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start verilir.

Assist.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Turnir cədvəlinin liderlərindən "Qarabağ" autsayder "Sabah"ı qəbul edəcək.

Günün son qarşılaşması Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası "Keşlə"ni sınağa çəkəcək.

13 mart (şənbə)

17:00. “Qarabağ” – “Sabah”

Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Əliyar Ağayev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Azersun Arena”

19:15. “Sumqayıt” – “Keşlə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Kapital Bank Arena”

Qeyd edək ki, turun digər 2 görüşü martın 14-də oynanılacaq. "Qəbələ" "Zirə"ni, "Neftçi" "Səbail"i qəbul edəcək.