Premyer Liqa nəhəngi məşqləri bərpa edir

Premyer Liqa nəhəngi məşqləri bərpa edir

“Arsenal” klubu koronavirus pandemiyasına görə dayandırdığı məşqləri bərpa etməyə hazırlaşır.

Assist.az Goal.az-a istinadən xəbər verir ki, London təmsilçisinin kollektivi qarşıdakı 24 saat ərzində koronavirus testindən keçiriləcək.

Bütün tesrlər qənaətbəxş olsa, paytaxt klubu mayın 20-dən etibarən məşqlərə başlayacaq. Lakin komanda üzvləri kiçik qruplar halında, gigiyenik qaydalara əməl etmək şərtilə məşq edə biləcəklər.

Qeyd edək ki, koronavirusa görə dayandırılan İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün nə vaxt bərpa olunacağı hələ bəlli deyil.