Pirlo Ronaldoya istirahət verdi

Juventus-un ulduzu Kriştiano Ronaldo İtaliya A seriyasının 9-cu turunda Venevento ilə oyunu buraxacaq.
Assist.az xəbər verir ki, Turin təmsilçisinin baş məşqçisi Andrea Pirlo sıx qrafik səbəbindən portuqaliyalı hücumçuya istirahət vermək qərarına gəlib.
Benevento - Juventus görüşü bu gün keçiriləcək.