Pepe Reynanın yeni klubu müəyyənləşdi — RƏSMİ

Pepe Reynanın yeni klubu müəyyənləşdi — RƏSMİ

Lazio heyətini yeni futbolçu ilə gücləndirib.

Assist.az xəbər verir ki, paytaxt təmsilçisi ispan qapıçı Pepe Reynanı heyətinə qatıb. 37 yaşlı qolkiperlə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Reyna son olaraq Milan-da çıxış edib. Barcelona-nın yetirməsi olan Pepe daha öncə Villareal, Liverpool, Napoli, Bayern Münich, Aston Villa kimi klublarda da oynayıb.