Pep Qvardiolla: "Aquero "Barselona"nı daha çox gücləndirəcək"

Pep Qvardiolla: "Aquero "Barselona"nı daha çox gücləndirəcək"

İngiltərə çempionu "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolla klubdan ayrılan futbolçusu Serxio Aquero haqqında açıqlama verib.

Assist.az ingiltərə mətbuatına istinadən xəbər verir ki, Qvardiolla Aqueronun "Barselona"ya gedəcəyini açıqlayıb:

"Onu dəlicə sevirəm, çünki bizim üçün çox dəyərli futbolçu idi. Bizə çox yardımı toxundu. Onun yerini doldurmağımız mümkün deyil. Aquero tarixin ən yaxşı futbolçusu Lionel Messi ilə birgə oynayacaq. Aquero "Barselona"nı daha çox gücləndirəcək".