Pavel Nedved: Ronaldo və Pirlo "Yuventus"da qalacaq

Pavel Nedved: Ronaldo və Pirlo "Yuventus"da qalacaq

"Yuventus" prezidentinin köməkçisi Pavel Nedved, çempionlar liqasında "Porto"ya məğlubiyyətdən sonra, Ronaldonun klubdan gedəcəyi ilə bağlı yayılan xəbərlər barəsində açıqlamalar verib. 

Assist.az xarici mənbələrə istinadən xəbər verir ki, Pavel Nedved Ronaldo və Pirlonun klubdan ayrılacaqları barəsində yayılan xəbərlərin dezinformasiya olduğunu bildirib. Pavel Nedved "DAZN"a verdiyi açıqlamada, Ronaldonun müqavilısinin 30 iyun 2022-yə olduğunu vurğulayıb.

"Kristiano həm meydandaki performansı ilə həm də, meydandan kənar xarakteri ilə bizə futbolun zirvəsini yaşatdı. 120 oyunda 100 qol atmış bir futbolçuyu necə günahlandıra bilərik? Tənqidlərə etirazımız yoxdur. Gördüyümüz işdə bunu tələb edir. Sadəcə olaraq, danışanda rəqəmlərə baxmaq lazımdır. Ronaldo futbol dünyasının gördüyü ən böyük futbolçulardan biridir. O müqaviləsi bitənə qədər bizimlə qalacaq. O toxunulmazdır!"

Pavel Nedved Pirlonun klubdaki gələcəyi haqqındada danışıb

Pirlo bizim məşqçimizdir və elədə qalacaq. Mövsümün əvvəlində yaranan problemlərə də nəzər yetirdik və Pirlonun düzgün seçim olduğuna qərar verdik. Yaşayabiləcəyimiz problemlərin fərqindəyik və Pirlo ilə davam edəcəyik. Əlimizdə inkişafa açıq, gənc bir heyyət var. Pirloda bütün yaxşı xüsusiyyətlər var və biz ona inanırıq.

Xatırladaq ki, "Yuventus" çempionlar liqasınının 1/8 final mərhələsində "Portoya məğlub olduqdan sonra, Ronaldo və Pirlonun klubdan gecəcəyi ilə bağlı xəbərlər yayılmağa başladı.