Paul Poqba: "Uduzmağı heç vaxt sevməyəcəm"

Paul Poqba: "Uduzmağı heç vaxt sevməyəcəm"

"Mançester Yunayted" klubunun fransalı yarım müdafiəçisi Paul Poqba komandasının kubok qazanmaq şansını dəyərləndirib.

Assist.az  "Sky Sports"a istinadən xəbər verir ki, Paul Poqba Sluşer rəhbərliyində titul qazanmaq istədiyini bildirib:

"Kuboklar üçün darıxmışam və bir şeylər qazanmaq istəyirəm. Heç vaxt uduzmağı sevmiyəcəm. Klubun böyük hədəfləri var, UEFA Avropa Liqasında oyunlarımız var və Premyyer Liqada hələ də "Mançester Siti" rəsmi olaraq çempion olmayıb. Düşünürəm ki, biz bu mövsüm kubok qazana bilərik".

Xatırladaq ki, "Mançester Yunayted" dörd ildir ki, titul qazana bilmir.