Paul Poqba Joze Mourinyoyu tənqid etdi

Paul Poqba Joze Mourinyoyu tənqid etdi

"Mançester Yunayted" klubunun fransalı yarım müdafiəçisi Paul Poqba "Tottenhem" klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo haqqında açıqlama verib.

Assist.az "Sky Sports"a istinadən xəbər verir ki, Paul Poqba Joze Mourinyo ilə baş məşqçisi Sluşeri müqayisə edib:

"Sluşer Mourinyo kimi xidmətindən yararlanmadığı futbolçuları bir kənara atmır və məncə onlar arasındakı ən böyük fərq budur. Sluşer stabil xarakterə sahibdir, ancaq Mourinyonun məşqə hansı əhval-ruhiyyə də gələcəyini təxmin etmək mümkün deyil. Sluşer futbolçular ilə daha yaxşı ünsiyyət qurur. Mourinyo Luk Şov ilə problem yaşamışdı, ancaq Sluşer düzgün ünsiyyət qura bildi və Luk Şovun performansı yüksəldi".

Xatırladaq ki, Mourinyo "Mançester Yunayted"in baş məşqçisi olduğu vaxt Luk Şov ilə münaqişə etmişdi.