Ölkə kubokunda yarımfinal mərhələsinin hakim təyinatları açıqlandı

Ölkə kubokunda yarımfinal mərhələsinin hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 1/2 final mərhələsinin cavab görüşləri üçün bütün təyinatlar məlumdur.

1 may (çərşənbə)

“Qarabağ” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Ələddin Ələkbərov 
Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00

“Zirə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev 
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev 
Zirə İdman Kompleksinin stadionu, 20:00

Qeyd edək ki? hər iki oyun "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.