Ole Qunnar Sulşer: "Makuayerin yoxluğu mənim üçün problemdir"

Ole Qunnar Sulşer: "Makuayerin yoxluğu mənim üçün problemdir"

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Ole Qunnar Sulşer zədəli futbolçusu Harri Makuayerin vəziyyəti barədə açıqlama verib.

Assist.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Sulşer Makuayerin Avropa Liqasının finalına qədər sağalacağını bildirib:

"Harri klubun lideridir və kapitanıdır. Həmişə yüksək səviyyədə oynayır. Onun yoxluğu mənim üçün böyük problemdir, amma inanıram ki, O ,Avropa Liqasının finalına qədər sağalacaq. Harriyə lazımi qədər vaxt verəcəyəm".

Qeyd edək ki, "Mançester Yunayted" Avropa Liqasının final mərhələsində İspaniyanın "Vilyareal" klubu ilə qarşılaşacaq və görüş mayın 26-da keçiriləcək.