Oblak Atletico Madrid-in tarixinə keçdi

İspaniya La Liqasının 11-ci turu çərçivəsində baş tutan Valencia ilə səfər oyunu Atletico-nun qapıçısı Yan Oblak üçün əlamətdar olub.
Assist.az xəbər verir ki, komandasının 1:0 hesablı qələbəsi ilə başa çatan görüş Madrid klubunun qolkiperi üçün La Liqada 200-cü matç olub.
27 yaşlı futbolçu bunların 111-də qapısını toxunulmaz saxlamağı bacarıb ki, bu da yeni rekorddur.
Qeyd edək ki, Atletico-nun formasını geyinən qapıçılar arasında yalnız Abel Resino La Liqada Oblakdan çox oyun keçirib. O, bu komandada 243 oyun keçirib ki, onların da 94-də qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, ölkə çempionatında ardıcıl 6-cı qələbəsini qazanan Atletico-nun məğlubiyyətsiz oyunlar seriyası 25-ə yüksəlib.