Nuriyev Ukraynada dubl edib

Nuriyev Ukraynada dubl edib

Ukraynanın “Minay” klubunun formasını geyinən Anatoli Nuriyev  Premyer Liqanın  22-ci turu çərçivəsində keçirilən “Desna” ilə ev oyununda dubla imza atıb. “Assist.az” xəbər verir ki, Azərbaycan millisinin futbolçusu sözü gedən çempionatda 10-cu qolunu vurub. O, 3:1 hesabı ilə qalib gəldikləri görüşün 23 və 39-cu dəqiqələrində diqqət mərkəzinə düşüb. 25 yaşlı hücumçu əvvəlcə  penaltini dəqiq yerinə yetirərək hesabı açıb. Ardınca komandanın digər azərbaycanlı futbolçusu Rüstəm Əhmədzadənin  məhsuldar ötürməsindən layiqincə faydalanıb.  Beləliklə, gənc forvard bombardirlik yarışında Vladislav Kulaç (“Vorskla”) və Viktor Tsıqankovla (“Dinamo”, Kiyev)  ilk 3 siranı bölüşdürür. Bu qələbədən sonra aktivinə 18-ci xalı yazdıran “Minay” 12-ci yerə sahib çıxıb.