Novak Cokoviç koronavirusa yoluxdu

Novak Cokoviç koronavirusa yoluxdu

Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç koronavirusa yoluxub.

Assist.az xəbər verir ki, 33 yaşlı serbiyalı idmançının testi müsbət nəticə verib.

Təcrübəli tennisçi Xorvatiyanın Zadar şəhərindəki turnirdə infeksiyaya yoluxan Qriqor Dmitrovla təmasda olub.

Cokoviç ilk olaraq özünü yaxşı hiss etdiyi üçün test vermək istəməyib.