Neymar: "Poker oyunçusu olmaq istəyirəm"

Neymar: "Poker oyunçusu olmaq istəyirəm"

"PSJ" klubunun brazilyalı hücumçusu Neymar karyerasını bitirdikdən sonra peşəkar poker oyunçusu olmaq istədiyini bildirib.

Assist.az "CNEWS"a istinadən xəbər verir ki, Neymar pokeri çox sevdiyini və karyerasını bitirdikdən sonra peşəkar şəkildə oynamaq üçün səyahətlər edəcəyini bildirib:

"Poker oynayarkən özümü çox rahat hiss edirəm. Karyeramı bitirdikdən sonra peşəkar oyunçu olmaq istəyirəm. Futbol oynadığım üçün qatıla bilmədiyim poker turnirlərində iştirak etmək istəyirəm. Futbol ilə poker birbirinə çox bənzəyir. Ən əsas bənzərlik rəqibi analiz etməkdir. Futbol oynayarkən meydanda poker oynayarkən isə masada rəqibi analiz etməlisən".

Qeyd edək ki, Neymar itinin adını da "Poker" qoymuşdu.