Neymar final matçını buraxa bilər

Neymar final matçını buraxa bilər

PSG-nin futbolçusu Neymar Çempionlar Liqasının final matçını buraxa bilər.

Assist.az  xəbər verir ki, buna səbəb braziliyalı hücumçunun tibbi protokolu pozmasıdır.

Neymar, yarımfinalda Leipzig-i məğlub etdikləri oyundan sonra rəqib komandanın futbolçusu Marsel Halstenberqlə formasını dəyişib. UEFA-nın tibbi protokolunda isə koronavirusa görə futbolçuların formalarını dəyişməmələri tövsiyə olunur. UEFA, forma məsələsinə görə Neymarı cəzalandıra bilər və o, final matçında iştirak etməyə bilər.