Namik Ələskərovun Türkiyə klubuna keçidi niyə baş tutmayıb?

Namik Ələskərovun Türkiyə klubuna keçidi niyə baş tutmayıb?

“Neftçi”nin futbolçusu Namik Ələskərov karyerasını “Bursaspor”da davam etdirməyə yaxın olub.

Assist.az xəbər verir ki, Azərbaycan millisinin də üzvü olan yarımmüdafiəçi Türkiyə klubu ilə razılıq əldə etsə də, transfer son anda baş tutmayıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Namikin transfer danışıqlarında yer almayan iki menecer Bursa təmsilçisindən 100 min avro istəyib. Bundan sonra “Bursaspor” rəhbərliyi azərbaycanlı futbolçunun transferindən imtina edib.

“Bursaspor”un rəsmisi Emin Adanur məsələ ilə bağlı açıqlama verib:

“Namik transferində bu pisliyi skaut heyətimizdən Gökhan üzə çıxarıb. O, mənə yaxınlaşaraq “bu futbolçunu biz tapdıq, araya menecerlər girdi” dedi. Həmin anda bu transfer ləğv edildi”.