"Neftçi" 3 xalı 3 qolla qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun oyunları davam edir. Assist.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Neftçi" doğma meydanda "Zirə"ni qəbul edib.
Görüşdə hesab 27-ci dəqiqədə açılıb. Dario Fr uhederiko meydan sahiblərini önə çıxarıb. "Neftçi"nin 2-ci qolu fasilədən sonraya təsadüf edib. Bu dəfə Baqali Dabo fərqlənib. Qarşılaşmada son nöqtəni isə 77-ci dəqiqədə Jozef-Monroz qoyub - Neftçi" 3:0 "Zirə".
Bu qələbədən sonra xalını 14-ə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib. Aktivində 8 xalı olan "Zirə" isə 5-ci yerdədir.