Neftçi-nin Honda ilə müqavilə imzalayacağı vaxt bilindi

Neftçi-nin Honda ilə müqavilə imzalayacağı vaxt bilindi

Neftçi-nin yapon futbolçu Keysuke Honda ilə müqavilə imzalayacağı vaxt məlum olub.

Assist.az xəbər verir ki, “ağ-qaralar” 34 yaşlı yarımmüdafiəçi ilə martın 15-də rəsmi sözləşmə imzalayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

98 dəfə Yaponiya millisinin formasını geyinən Honda, 2014-2017-ci illər aralığında Milan-ın uğurları üçün çalışıb. Yarımmüdafiəçi son olaraq Braziliyanın Botafogo klubunda çıxış edib.