"Neftçi"dən ayrıldı, Yunanıstana üz tutdu

"Neftçi"dən ayrıldı, Yunanıstana üz tutdu

“Neftçi” ilə yollarını ayıran Stiven Jozef-Monrozun yeni iş yeri məlum olub.

Assist.az xəbər verir ki, 31 yaşlı hücumçu “Ksanti” klubuna keçib. Bu barədə Yunanıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Stiven ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Stiven Jozef-Monroz 2017-2019-cu illərdə “Qəbələ”də, 2019-2021-ci illərdə isə “Neftçi”də çıxış edib.