Neftçi – Galatasaray matçının stadionu dəyişdi

Neftçi – Galatasaray matçının stadionu dəyişdi

Avropa Liqasının ikinci təsnifat mərhələsinin Neftçi – Galatasaray oyununun məkanı dəyişib.

Assist.az Goal.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bu haqda Neftçi-nin rəsmi saytı məlumat yayıb. Oyun əvvəlcə "Bakcell Arena”da keçirilməli idi. Lakin hər iki klubun razılığı ilə matçın Bakı Olimpiya Stadionunda təşkil olunması haqda UEFA-ya müraciət edilib. Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq oyunun həmin arenada keçirilməsinə razılıq verib.

Qeyd edək ki, sentyabrın 17-də baş tutacaq görüş saat 20:00-da start götürəcək.