"Neftçi" Çempionlar Liqasında mərhələ adladı

"Neftçi" Çempionlar Liqasında mərhələ adladı

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.

Assist.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” də növbəti matçına bu gün çıxıb. Samir Abasovun rəhbərlik etdiyi kollektiv Gürcüstanın “Dinamo” komandasını qəbul edib.

“Neftçi” ilk matçda səfərdə “Dinamo”nu 2:1 hesabıyla məğlub etmişdi. “Ağ-qaralar” cavab görüşündə də eyni hesabla qalib gəliblər. Beləcə, Azərbaycan çempionu ÇL-in 2-ci təsnifat mərhələsində Yunanıstanın “Olimpiakos” komandası ilə qarşılaşacaq.

Çempionlar Liqası, 1-ci mərhələ, cavab oyunları

14 iyul

Neftçi – Dinamo (Tbilisi, Gürcüstan) 2:1
Qol: E.Mahmudov, 58-pen. N.Ələsgərov, 68 – M.Radin, 51.
Baş hakim: Dumitri Muntean (Moldova)
İlk oyun 2:1