Napoli-də koronavirus şoku

Napoli-də koronavirus şoku

Napoli-nin və Albaniya yığmasının futbolçusu Elseyd Hyusay koronavirusa yoluxub.

Assist.az xəbər verir ki, bu barədə Albaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçinin yığmanın düşərgəsində verdiyi koronavirus testinin nəticəsi müsbət olub.

Hyusay Albaniyanın bu gün Belarusa qarşı keçirəcəyi oyunu buraxacaq. Futbolçu vətənində karantində qalacaq.