“Mübarizlər FK” mətbuat katibi Pərviz Əbdülovla MÜSAHİBƏ

“Mübarizlər FK” mətbuat katibi Pərviz Əbdülovla MÜSAHİBƏ
“Mübarizlər FK” mətbuat katibi Pərviz Əbdülovla MÜSAHİBƏ
Bugünki müsahibimiz “Mübarizlər FK” mətbuat katibi Pərviz Əbdülovdur. Pərviz Əbdülovla klubun yaranma tarixi və qarşıya qoyulan hədəflərdən danışdıq.
 
     Pərviz Əbdülov: Abşeron rayonu Ceyranbatan qəsəbəsində 2019-cu ilin avqust ayında   Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş futbol çempionatı keçirilmişdir. Həmin çempionatdan sonra Azərbaycanda gənclərin idmana olan marağını və dövlətin idmana göstərdiyi qayğıdan həvəslənərək Abşeron rayonu Ceyranbatan qəsəbəsində vahid futbol klubunun yaradılmasına zəmin yaranmışdır. Klubumuzun heyətinə çempionatda iştirak etmiş və Sumqayıt şəhərindən olan təcrübəli futbolçular cəlb edilmişdir. Klubumuza Milli Qəhrəman şəhid Mübariz İbrahimovun əziz xatirəsinə “Mübarizlər FK” adı verilmişdir.
 
     Klubumuzun təsisçiləri Surxay Məhərrəmov, Murad Alxasov və Elvin Rzayevdir. Klubumuzun maliyyə dəstəkçisi “EME” Parfumes mağazalar şəbəkəsidir. Klubumuzun baş məşqçisi vaxtı ilə “Şəfa”, “Bakılı”, “Karvan”, “Xəzər-Lənkəran” və “Masallı” kimi klubların və Azərbaycan U 19 və U 21 millisinin şərəfini qorumuş Bəhruz Zeynalovdur. Bəhruz Zeynalov köməkçi məşqçi Elşən Tapdıqlı ilə birlikdə öz bilik və bacarığından istifadə edərək qısa zaman kəsiyində klubun həm oyun, həm də oyunçu səviyyəsini yüksəltmişdir. Hal-Hazırda “Mübarizlər” AFFA-nın rəhbərliyi və BKFF-nin təşkilatçılığı ilə keçirilən çempionatda 12 xalla 3-cü sırada qərarlaşmışdır(Nəzərə alaq ki, klubumuz 1 oyun az keçirib). Klubumuzun hədəfləri bununla kifayətlənmir, hədəflərimiz daha böyükdür. Belə ki, klubumuz gələcək mövsümdə “Region Liqası” -na və ya “l dəstə”-yə qatılmağı qarşısına məqsəd qoymuşdur.
 
     “Mübarizlər FK” mətbuat katibi Pərviz Əbdülovdan klub haqqında bəzi məlumatlar aldıqdan sonra klubun rəhbərliyi və baş məşqçisi ilə müsahibəmizə davam etdik.
 
     Klub rəhbərliyi və baş məşqçi Bəhruz Zeynalovla söhbət zamanı məlum oldu ki, Abşeron rayonu icra hakimiyyəti, Abşeron Olimpiya İdman Kompleksinin rəhbərliyi, Sumqayıt şəhər Səhiyyə və Polisi idarəsinin rəhbərliyi,  Sumqaşyıt Kapital Bank Arena Stadionunun rəhbərliyi və BKFF prezidenti Vaqif Davudov öz dəstəklərini klubdan əsirgəmirlər. Klubun oyunlarının keçirilməsi üçün lazimi köməkliklərini göstərirlər.
 
     Klub rəhbərləyi eyni zamanda Milli Qəhrəman şəhid Mübariz İbrahimovun məzarını və ailəsini ziyarət etmiş və Milli Qəhrəmanın Atası Ağakərim  İbrahimovun xeyir duasını almışdır.
 
     Söhbətimizin sonunda Murad Alxasov adı hallanan bütün təşkilatlara və biz media nümayəndələrinə dərin minnətdarlığını və təşəkkürünü bildirməyidə unutmadı.
 
     Biz də Assist.az saytı adından “Mübarizlər FK”na uğurlar diləyir, “Mübariz Olmağı” arzulayırıq.