Əmrə Can "Borussiya Dortmund"da

Əmrə Can "Borussiya Dortmund"da

Yuventus"un yarımmüdafiəçisi Əmrə Can Dortmund "Borussiya"sına icarəyə verilib. Assist.az xəbər verir ki, Dortmundlular türk əsilli futbolçunu 1 milyon avro qarşılığında mövsümün sonuna qədər icarəyə götürüblər. "Borussiya" Almaniya millisinin oyunçusunun transfer hüququna sahib olmaq üçün daha 25 milyon avro ödəməlidir.

 

26 yaşlı futbolçu "Bayern" yetirməsidir və 2013-cü ildə "Bayer"ə 5 milyon avroya transfer olub. 1 il sonra "Liverpul" onu 12 milyon avroya heyətinə qatıb. 2018-ci ilin yayında azad agent statusu ilə "Yuventus"a keçən futbolçu bu mövsüm 8 oyunda meydana çıxıb.