Mino Raiolanın Erilinq Haaland üçün hazırladığı plan tarixə keçəcək

"Borissia Dortmund" klubunun gənc futbolçusu Erilinq Haalandın meneceri Mino Raiola futbolçuyu tarixin ən çox qazanan oyunçusu etmək istəyir.
Assist.az xarici mənbələrə istinadən xəbər verir ki, Mino Raiola Haalandın həftəlik 1-1,5 milyon illik isə 60 milyon avro qazanması üçün plan hazırlayır. Əgər hər hansısa bir klub bu plana əsasən təklif göndərərsə Erilinq Haaland futbol tarixinin ən çox qazanan futbolçusu olacaq.
Xatırladaq ki, "Real Madrid", "Barselona", "PSJ", "Mançester Siti" və "Mançester Yunayted" klubları Erilinq Haaland ilə maraqlanır.