Millimizin üzvü Almaniyada fərqləndi

Millimizin üzvü Almaniyada fərqləndi

Almaniya 2-ci Bundesliqasında 2019/2020 mövsümü bərpa olunub. Assist.az xəbər verir ki, Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" 26-cı turda "Sandhausen"i qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsilə yekunlaşıb.

 

Aue təmsilçisinin ilk qolunu 5-ci dəqiqədə penaltidən millimizin üzvü Nazarov vurub.

 

"Erzgebirge" hazırda 37 xalla 5-ci pillədə qərarlaşıb.