Millimizdən növbəti sülh

Millimizdən növbəti sülh

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

Assist.az xəbər verir ki, Canni de Byazinin rəhbərlik etdiyi yığmamız Lüksemburqun qonağı olub. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Millimiz B liqasına yüksəlmək şansını itirsə də, bu görüşün əhəmiyyəti böyükdür. Çünki yığmamız yarışla vidalaşsa belə, 3-cü pillədəki mövqeyini qorumaqla C liqasında qalacaq. Ancaq 4-cü sıraya yuvarlanmaq C liqasında qalmaq uğrunda pley-off matçlarına qatılmaqla nəticələnə bilərdi.

Qrupun digər matçında Monteneqro və Kipr yığmaları üz-üzə gəlib. Sözügedən qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millətlər Liqası

C liqası, 1-ci qrup

6-cı tur

23:45. Lüksemburq - Azərbaycan - 0:0