Millimiz Yunanıstanla qarşılaşacaq

Millimiz Yunanıstanla qarşılaşacaq

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə başlayacaq. Assist.az xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv ilk oyununu Yunanıstana qarşı keçirəcək. Matç Yunanıstanın Patra şəhərində yerləşən “Papacharalambio Ethniko” stadionunda baş tutacaq.

 

9-cu qrupda qərarlaşan milli  Yunanıstan, Almaniya və Qazaxıstanla mübarizə aparacaq.

 

13 noyabr

Avropa çempionatının ilkin seçmə mərhələsi

1-ci tur

 

17:00. Yunanıstan - Azərbaycan
Hakimlər
: Andrey Peçaneç, Radek Kotik (hər ikisi Çexiya), Viktor Matyaş, Denis Şurman (hər ikisi Ukrayna)
Patra. “Papacharalambio Ethniko” stadionu