Millimiz yoldaşlıq oyunu keçirib

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib. Millimiz Bakıda təlim-məşq toplanışında olan Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb.
Assist.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında baş tutan oyun komandamızın 4:1 hesablı qələbəsilə yekunlaşıb.
Millimizin heyətində Hüseyn Axundov dubl, Amid Nəzərov və Ramil Əliyev isə hərəyə 1 dəfə fərqlənib. Bu gün komandalar arasında növbəti oyun keçiriləcək.