"Milan kafedralını almaq, Messini gətirməkdən asandır" -Konte

"Milan kafedralını almaq, Messini gətirməkdən asandır" -Konte

"İnter"in baş məşqçisi Antonio Konte "Barcelona"nın forvardı Lionel Messinin komandaya transfer ehtimalını şərh edib.

YougPress.az Goal.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis jurnalistin “Messi, yoxsa 50 milyon avro dəyərində 4 oyunçu” sualını belə cavablandırıb:

“Düşünürəm ki, hər iki ssenari yersizdir. Oyunçularımın tərəfdarıyam. Əllərindən gələni etdiklərinə zəmanət verə bilərəm. Messiyə gəlincə, Milan kafedralını komandaya gətirmək, onu almaqdan daha asandır”.

Qeyd edək ki, Milan kafedralı İtaliyanın ikinci, dünyanın isə ən böyük beşinci kilsəsidir. (Matc)