“Milan” evdə çətinliklə qalib gəldi

“Milan” evdə çətinliklə qalib gəldi

İtaliya A Seriyasında 31-ci turun oyunları keçirilir

“Assist.az” xəbər verir ki, çempionluğa iddialı “Milan”  “Cenoa”nı qəbul edib. Qarşılıqlı hücümlarla yadda qalan görüşdə qapılara 3 qol vurulub. Hesabı 13-cü dəqiqədə Ante Rebiç açıb. Qonaqların cavabı ilk yarının sonlarına yaxın gəlib. Mattia Destro komandasını ümidləndirib 1-1. Fasilədən sonra da matç gərginliyi ilə diqqət çəkib. Qarşılaşmanın 68-ci dəqiqəsində qonaqlardan Canluca Skamakka topu öz qapısına göndərib. Qalan vaxt ərzində “Cenoa” çox çalışsa da, məğlubiyyətdən qaça bilməyib 2-1. Növbəti qələbəsini qazanan “Milan” 66 xalla ikinci pillədə qərarlaşıb. 32 xala sahib “Cenoa” 14-cüdür.  Turun mərkəzi görüşü Neapolda olacaq. Yerli “Napoli” lider “İnter” lə üz-üzə gələcək. Qarşılaşmanın start fiti yerli vaxtla saat 23:45-də səslənəcək.  Matç CBC Sport televiziya kanalı vasitəsi ilə canlı yayımlanacaq.