Messi "Qızıl buts"u qazana bilməyəcək?

Messi "Qızıl buts"u qazana bilməyəcək?

"Barselona"nın ulduz futbolçusu Lionel messi "Qızıl buts"u qazanmaq şansını itirib.

Assist.az klubun saytına istinadən xəbər verir ki, argentinalı futbolçunun adı La Liqanın son turunda "Eybar"a qarşı oynayacaqları matçın iştirak ərizəsinə daxil edilməyib.

Beləliklə, bu mövsüm La Liqada 35 oyunda 30 qol vuran ulduz futbolçu ardıcıl ikinci mövsümdür ki, "Qızıl buts" mükafatını qazana bilməyəcək. Çünki o, Avropanın bombardirlər siyahısında 30 qol ilə ikinci pillədə qalacaq.

Qeyd edək ki, "Bavariya"nın polşalı hücumçusu Robert Levandovski hazırda Bundesliqada vurduğu 40 qol ilə Avropa bombardirlər siyahısının zirvəsində qərarlaşıb və o, "Qızıl buts"u qazanmağa ən real namizəddir.