Messi Parisdə ev seçir - PSG-yə keçir?

Messi Parisdə ev seçir - PSG-yə keçir?

Barcelona-nın hücumçusu Lionel Messi özünə yeni ev alır.

Assist.az xəbər verir ki, argentinalı ulduz Fransanın paytaxtı Parisdə lüks malikanə axtarışındadır.

Ancaq hələki ona təklif olunan evlər arasında bəyəndiyi yoxdur.

Qeyd edək ki, bir müddət öncə PSG-nin Messiyə 3 illik müqavilə təklif etdiyi bildirilirdi. Futbolçunun sözügedən ölkədə ev almaq niyyəti PSG-yə keçidlə bağlı iddiaları yenidən gündəmə gətirib.