Meksika klubunun 8 futbolçusu koronavirusa yoluxdu

Meksika klubunun 8 futbolçusu koronavirusa yoluxdu

Meksikanın “Santos Laquna” klubunun 8 futbolçusu koronavirusa yoluxub.

Assist.az xəbər verir ki, bu barədə Meksika Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, “Santos Laquna”nın 8 futbolçusunun koronavirus testinin müsbət çıxdığı bildirilib. Futbolçuların adları isə açıqlanmayıb.

Meksika Futbol Liqasında mövsüm koronavirus pandemiyasına görə erkən yekunlaşdırılıb.