Manchester United Sulşerlə bağlı qərar verdi

Manchester United Sulşerlə bağlı qərar verdi

Manchester United baş məşqçisi Ole-Qunnar Sulşerlə bağlı qərarını verib.

Assist.az xəbər verir ki, klub, Sulşerin xidmətindən məmnundur. “Qırmızı şeytanlar” norveçli mütəxəssisə yeni müqavilə təklif edəcək. Cari mövsümün sonunda tərəflər arasında yeni müqavilə ilə bağlı müzakirələrin aparılacağı bildirilir. Sulşerə təklif ediləcək müqavilənin detalları da açıqlanıb. Belə ki, MU mütəxəssisə iki illik müqavilə təklif edəcək və məvacibi artıraraq, 6 milyon funt-sterlinq edəcək.

Qeyd edək ki, 47 yaşlı mütəxəssisin Manchester United-lə müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.