Manchester United Marsialla bağlı qərar verdi

Manchester United Marsialla bağlı qərar verdi

Manchester United futbolçusu Antoni Marsialı satmağa qərar verib.

Assist.az xəbər verir ki, “qırmızı şeytanlar” 25 yaşlı forvardı cari mövsümün sonunda satmağı planlaşdırır. Klub onun təzminat məbləğini də müəyyənləşdirib. Belə ki, Marsialı heyətinə qatmaq istəyən klub 55 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, Marsial 2015-ci ildən Manchester United-in şərəfini qoruyur. Onun klubla müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.