Manchester United-də yeni müqavilə

Manchester United-də yeni müqavilə

Manchester United qapıçısı Din Hendersonla müqavilənin müddətini uzadıb.

Assist.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb.

Mançester təmsilçisinin öz yetirməsi olan 23 yaşlı ingilis qolkiperlə 5+1 illik müqavilə imzalanıb.

Henderson geridə qalan mövsümü icarə əsasında Sheffield United-də keçirib. O, bu komandanın heyətində 33 oyuna çıxıb, 13 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.