Manchester United-də Sulşerlə bağlı qərarını verildi

Manchester United-də Sulşerlə bağlı qərarını verildi

Manchester United-də baş məşqçi Ole-Qunnar Sulşerin taleyi məlum olub.

Assist.az xəbər verir ki, norveçli mütəxəssis “qırmızı şeytanlar”dakı işinə davam edəcək. Bu barədə klubun icraçı direktoru Ed Vudvord yerli mətbuata açıqlamasında deyib. O, Sulşerin işində qalacağını və yeni baş məşqçi axtarmadıqlarını bildirib:

“Daha böyük hədəflərə çatmaq üçün çoxlu iş görmək lazımdır. Sulşer ilə getdiyimiz yola sadiq qalırıq. Komanda onun rəhbərliyi ilə daha da böyüyür”.

Qeyd edək ki, Manchester United İngiltərə Premyer Liqasında 14-cü sıradadır.