Manchester United-də şok itki

Manchester United-də şok itki

Manchester United-in futbolçusu Harri Maquayrın durumuna aydınlıq gəlib.

Assist.az xəbər verir ki, zədələnən müdafiəçinin vəziyyətini komandanın baş məşqçisi Ole-Qunnar Sulşer açıqlayıb.

O, Maquayr üçün cari mövsümün başa çatdığını bildirib: "Yaxşı xəbər odur ki, Harrinin sınığı yoxdur. Amma bağlardakı xəsarəti ağırdır. Ümid edirəm ki, o, Avropa Liqasının finalına hazır olacaq. Maquayrın Premyer Liqanın qalan oyunlarında iştirak edə bilməyəcəyini düşünürəm. Biz hər şey edəcəyik ki, o, finala qədər bərpa olunsun”.