Manchester City Qvardiola ilə bağlı qərarını verdi — RƏSMİ

Manchester City Qvardiola ilə bağlı qərarını verdi — RƏSMİ

Manchester City baş məşqçisi Pep Qvardiola ilə müqaviləni yeniləyib.

Assist.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssislə müddəti 2023-cü ilin yayınadək olan yeni müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən “şəhərlilər”i çalışdırır.