“Mançestet Siti” Avropa Super Liqasından çıxdı – RƏSMİ

“Mançestet Siti” Avropa Super Liqasından çıxdı – RƏSMİ

İngiltərənin “Mançester Siti” klubu yeni yaradılmış Avropa Super Liqasını tərk etdiyini açıqlayıb.

"Assist.az" xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Premyer Liqa təmsilçisinin yaydığı bəyanatda bunlar qeyd olunub:
“Mançester Siti” Avropa Super Liqasının həyata keçirilmə planlarını işləyən qrupdan çıxış proseduru yönündə işə başladığını rəsmən təsdiqləyə bilər”.

Qeyd edək ki, digər klublardan da bir neçəsinin artıq fikrini dəyişdiyi və tezliklə bu ayrılığı rəsmən açıqlaması gözlənilir. Hətta bəzi nəşrlər Avropa Super Liqasının ləğv edildiyini də iddia edir.