"Mançester Yunayted" - "Çelsi" görüşündə qalib müəyyənləşmədi

"Mançester Yunayted" - "Çelsi" görüşündə qalib müəyyənləşmədi

İngiltərə Premyer Liqasında 36-cı turun oyunları keçirilir. Assist.az xəbər verir ki, turrun əsas oyununda əzəli rəqiblər olan  "Mançester Yunayted" və "Çelsi" üz-üzə gəlib. 

Görüşdə hesab 11-ci dəqiqədə açılıb. Xuan Mata keçmiş komandasını cəzalandırıb. "Çelsi"nin bu qola cavabı 1-ci hissənin sonlarında gəlib. 43-cü dəqiqədə  Markus Alonso De Xeanın kobud səhvindən sonra hesabı bərabərləşdirib. 

Görüşdə başqa qol olmayıb və tərəflər hərəyə 1 xalla kifayətləniblər.