"Mançester Siti"dən növbəti xal itkisi

İngiltərə Premyer Liqasında 23-cü turun görüşlərinə start verilib.

Assist.az xəbər verir ki, "Mançester Siti" evdə "Kristal Pelas"la qarşılaşıb. Matç 2:2 hesablı bərabərliklə yekunlaşıb.

 

Premyer Liqada turnir cədvəlinə 61 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 48 xalla 2-ci, "Lester Siti" 45 xalla 3-cü, "Çelsi" 39 xalla 4-cüdür. 30 xalı olan "Kristal Pelas" 9-cu sırada qərarlaşıb.

"Mançester Siti" - "Kristal Pelas" - 2:2

Qollar: Serxio Aquero, 82, 87 - Cenk Tosun, 39, Fernandinyo, 90 (avtoqol)