"Mançester Siti"dən çətin qələbə, "Liverpul" "Real Madrid"ə məğlub oldu

"Mançester Siti"dən çətin qələbə, "Liverpul" "Real Madrid"ə məğlub oldu

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

"Assit.az"ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Gecənin ən maraqlı görüşü İspaniyada olub.
İngiltərənin "Liverpul" komandası ilə qarşılaşan "Real Madrid" rəqibini 3:1 hesabı ilə üstələyib. Matçda hesabı  27-ci dəqiqədə  ev sahiblərindən Vinisius Junior açıb. Çox keçmədən Marko Asensio fərqi 2 topa yüksəldib. İlk hissə bu hesabla yekunlaşıb. İkinci hissəyə daha yaxşı başlayan qonaqlar 51-ci dəqiqədə Məhəmməd Salahın qolu ilə fərqi minimuma endiriblər. Amma, 65-ci dəqiqədə dubl edən Junior mersisaydlıları 3-cü dəfə mərkəzə dəvət edib.

Digər oyunda isə "Mançester Siti" İngiltərədə Almaniyanın "Borussiya" (Dortmund) klubuna 2:1 hesabı ilə qalib gəlib. Matçda sükutu 9-cu dəqiqədə "şəhərlilər"in yarımmüdafiəçisi Kevin De Bröyne pozub. Dortmund təmsilçisi bu qola 84-cü dəqiqədə cavab verib. Marko Roys hesabda tarazlıq yaradıb. Xosep Qvardiolanın komandası 90-cı dəqiqədə Fil Fodenin vurduğu qolla çətin qələbə qazanıb.

Bu komandaların cavab oyunları aprelin 14-də olacaq. 1/4 finalın digər 2 oyunu bu gün keçiriləcək. Fransa PSJ-si Almaniyad a"Bavariya"nı, İngiltərənin "Çelsi" klubu isə İspaniyadakı "Ramon Sançes Pisxuan" stadionunda Portuqaliya "Portu"sunu qəbul edəcək.